Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu - FOTO
    • 19-12-2018, 15:12
    • 782

Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu - FOTO

Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

"Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib.  Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq,Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb.

Qeyd edim ki, Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da o, DTX-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olan  MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev oğludur. Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə "İgidliyə görə”, 2006-cı ildə "Qüsursuz xidmətə görə”, 2009-cu ildə "Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə "Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur”.
//Ölkə