-
- 25-06-2022, 11:30
- 552
Bakıda 50 yaşlı kişidən qohumunun qızına qarşı İYRƏNC CİNAYƏT – Ağır cəza aldı
Bakıda qohumunun azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs həbs edilib.
News24.az-ın məlumatına görə, 2020-2021-ci illər ərzində Füzuli rayon sakini olan, 1972-ci il təvəllüdlü Feyruz Məmmədovun (soyad şərtidir) paytaxt ərazisində yerləşən mənzildə qohumunun evində heç kimin olmadığı vaxtlar onun 8 yaşlı qızına qarşı seksual hərəkətlər edib. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olandan sonra Feyruz barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş açılıb və keçən ilin 28 sentyabr tarixində o həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Feyruzun həyat yoldaşı ev sahibi Ülkərin (şərti adlı) qardaşı qızı olub. Belə ki, Ülkər işləri ilə əlaqədar xaricdə olanda övladlarını qardaşı qızı Aynurəyə etibar edib və evini ona tapşırıb. Bunun müqabilində o, qardaşı qızına ödəniş də edib. Aynurə isə bibisinin evinə hər dəfə övladları və həyat yoldaşı Feyruzla birgə gedirmiş, Bəzi hallarda isə günlərlə onların evində qalıblar. Bu müddətdə Feyruz ev sahibinin 8 yaşlı qızına qarşı dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edib.
Məhkəmədə anası ilə birgə çıxış edən azyaşlı bildirib ki, Feyruz telefonda baxdığı görünüləri ona göstərərək həmin hərəkətləri etməyə məcbur edirmiş.
Anasının Türkiyədən qayıtmasından sonra hər şeyi ona danışan uşaq daha əvvəl qorxduğu üçün və anası yanında olmadığından bu barədə heç kimə danışmadığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı ərinə böhtan atıldığını deyib. Feyruz Məmmədov da Ülkərin qızına qarşı hər hansı pis hərəkət etmədiyini bildirib.
Ülkərin böyük övladları isə Aynurənin ərinin Feyruz onlarda olduğu vaxt hər dəfə uşaqları bəhanə ilə evdən çıxardığını və 8 yaşlı bacıları ilə evdə tək qaldığını bildiriblər.
Məhkəmənin hökmü ilə Feyruz Məmmədov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.