ABŞ prezidenti Ermənistan səfiri ilə görüşdü
    • 25-06-2022, 12:02
    • 232

ABŞ prezidenti Ermənistan səfiri ilə görüşdü

ABŞ Prezidenti Co Bayden Ermənistanın bu ölkədəki səfiri Lilit Makuntsla görüşüb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Baydenin erməni diplomatla ABŞ-a yeni təyin olunmuş səfirlər üçün keçirilən tədbir çərçivəsində görüşdüyü bildirilib.