-
- 22-06-2022, 17:15
- 335
Kremldən "Putin xəstədir" iddialarına cavab
Dünyanın gözü və qulağı aylardır Ukrayna-Rusiya müharibəsindədir. Ən azı müharibə qədər danışılan başqa bir mövzu var- Putinin sağlamlığı.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya liderinin xərçəng xəstəliyinə tutulması və səhhətinin pisləşdiyi iddiası aylardır gündəmdədir. Kremlin sözçüsü Peskov mövzu ilə bağlı açıqlama verib. İddiaları rədd edən Peskov deyib ki, Putin "fit mübarizə aparmaqda və hətta idman etməkdə" israrlıdır.
Oxşar bəyanatı daha əvvəl Rusiyanın xarici işlər naziri Lavrov da vermişdi. Putinin mütəmadi olaraq ictimaiyyət qarşısına çıxdığını qeyd edən Lavrov açıqlamasında “Mən düşünmürəm ki, müdrik insanlar bu insanda hansısa xəstəlik və ya pozğunluq əlaməti görməyəcəklər”-deyə bildirmişdi.
Qeyd edək ki, Vladimir Putinin Parkinson və xərçəng xəstəsi olması iddia edilirdi.