-
- 19-12-2018, 17:04
- 2 023
Röya Ayxan və Azərbaycan mediası... - FOTO
Əməkdar artist Röya Ayxan şəxsi instagram hesabının şərh bölümündə onu təhqir edənlərə xəbərdarlıq edib.
Bunun üçün o, sosial hesabında Azərbaycan Respublikasının Cinayət məcəlləsində yer alan "Böhtan" və "Təhqir"lə bağlı maddələri yerləşdirərək, bir növ məlumatlandırıcı mövqedən çıxış edib. Əslində bu, vacib addımdır, hansı ki, əməkdar artist bunu çoxdan etməli və əməl etməyənlərə qarşı hüquq müstəvisində ölçü götürülməsi üçün təşəbbüsdə bulunmalı idi... Maraqlı burasındadır ki, eyni maddələri instagramının hekayə bölümündə də yerləşdirən R. Ayxan ərinmədən əlavələr edərək, Azərbaycan mediasına da göndərmə edib. Sözügedən paylaşımda Röya yazıb:
"Bəli, bundan sonra yerinizi, kimliyinizi, nə danışdığınızı, kimə yazdığınızı biləcəksiniz. Hətta media əhli belə araşdırmamış bir böhtan yazısı üçün məsuliyyət daşıyacağını bilsin"!
Qayıdaq onu təhqir edən izləyicilərə xəbərdarlıq etmə hissəsinə. Doğrudur, Röya Ayxan onu təhqir edənlərdən bezərək, sözügedən maddələri paylaşmaqda, xatırlatma verməkdə, hətta yeri gəlsə, əsəbləşməkdə də haqlıdır. Nədən ki, tanınmış biri olmaq, bu qədər sevilərkən, bir də sifarişli, ya da sifarişsiz təhqir edilmək qəbulolunmaz, çox naxoş bir haldır. Təəssüflər olsun ki, bir çoxları belə incəlikləri anlamayaraq, sanki haqları varmış kimi, psixoloji sarsıntılarından dolayı başqalarını asanlıqla təhqir edib, içlərinin zəhərini axıdırlar. Niyəsi bəllidir - yuxarıda qeyd etdiyim kimi – psixoloji sarsıntı. Yoxsa ki, normal adam istər tanınmış, istər tanınmayan birini niyə təhqir etməlidir?! Belələrinə sözsüz ki, hüquqi yollarla xəbərdarlıq edilməli, bu da nəticə verməsə cəza tətbiq olunmalıdır! Amma yazıqlar olsun ki, insanlar aqressiv davranaraq, durduq yerə başqalarını asanlıqla, vicdan əzabı çəkmədən aşağılamağa meyillidirlər. Bu, bir növ də xislət məsələsidir! Bu səbəbdən, Röyanın xəbərdarlığı onu təhqir edənlərə nə dərəcə təsir edəcək ya yox, bunu zaman göstərəcək.
Keçək Röyanın maddələrlə mediaya etdiyi xəbərdarlığa... Ola bilsin, hörmətli Röya Ayxan bilmir ki, özünə hörmət edən jurnalist və ya müxbir mütləq həmin maddələrdən xəbərdardır. Xəbərdar olduğu üçün də yazdığı məqalələrdə əsla həddini aşan məqamlara yol verməz. Yəni yazıda qeyri-peşəkarlıq edib, şəxsi intriqasını, gərəksiz emosiyalarını kobudca ortaya qoymaz, o ki, qaldı təhqir və və böhtan yaza. Medianın işi kiminsə haqqında böhtan və təhqir yazmaq deyil, müəyyən məqamlarda (məqalənin məğzinə əsasən) hər hansı gizliləri faktlarla ortaya çıxarmqdır. Əlbəttə, çox rast gəlmişik ki, hansısa tanınmışın haqda həyatından istəmədiyi məqam yazılıb işıqlandırılınca, bunu qəbul etməyərək, böhtan, ya da təhqir adlandırıb. Hətta tanınmışlar sırasında haqlarında yazılanlardan dolayı özünə hörmət qoymayaraq, nalayiq davranışlar da sərgiləyənlər olub - bu, başqa mövzudur... Jurnalist yazısında hansısa arzuolunmaz məqamı ortaya çıxarısa, hətta onu kəskin də olsa tənqid edirsə bu, bir növ həmin tanınmış üçün tərbiyələndirmək xarakteri daşıyır. Çünki tanınmışlar cəmiyyətin mədəni simaları, jurnalistlər isə yalnışlığa istiqamətlənən mədəni simaları doğruya yönləndirən tərbiyələndirən qüvvələrdir!
Əlqərəz, bu xəbərdarlıqdan yana əməkdar artistin ilk əvvəl nəzərinə çatdırmaq istəyirik ki, onun kimi tanınmış bir Azərbaycan müğənnisini hansısa peşəkar jurnalist və müxbir təhqir etməz, haqqında böhtan yazmaz! Bunu ancaq hansısa təsadüfi adam edə bilər ki, belələrinə də media nümayəndəsi, ya da Röyanın dediyi kimi, media əhli demək olmaz. Bu, bir yana... Əslində Röya Ayxan artıq sənətinin o zirvəsindədir ki, haqqında yazılanlar (qalmaqal mövzulu yazılar) ona əsla təsir etməməli, bir növ adi, sıradan qarşılamalıdır. Yox, əgər sıradan qarşılaya bilmirsə, demək ki, təqdim edildiyi kimi, hələ nə ulduzdur, nə sənət zirvəsindədir, nə də mediaya yanaşmaq professionallığına qadir deyil. Hansı ki, bizdə haqlarında yazılan istənilən mövzuda olan yazıya, yazı müəllifinə professionallıqla yanaşan, balansı tuta bilən müğənnilər, sənətkarlar var. Röya Ayxan da əslində çoxdan onların sırasında olmalı idi, nəinki sənətə yeni gəlmiş birisi kimi mediaya xəbərdarlıq yollayır (onun xəbərdarlığı bir az da hədə həddində idi). Əslində onu da müəyyən mənada qınamaq olmur. Çünki bəzən adamın beyni dolaşır ki, mediada şou-biznesdən yazanların əksəriyyəti jurnalistdirmi, jurnalist cildində xəbərçidirmi, ara qarışdırandırmı, hətta fanatdırmı və ya sadəcə tanınmış ulduzların yanında görünməkdən lovğalanan saqqıztutandırmı. Röya Ayxan yadında saxlasın: Onun haqqında məhz belə təsadüfi "media əhli" kölgəsində "parlamaq" üçün böhtan və təhqir xarakterli "məqalə" yaza bilərlər. Onları da mediaya aid etmək, zaman sərf edib, xəbərdarlıq yollamaq nə dərəcədə düzgün və lazımlıdır, bunu da əməkdar artist düşünsün...
Bir sözlə, Röya Ayxan və onun kimi sənətdə sözünü deyib, özünü təstiqləmiş sənətçilər media üçün maraqlı və vacib fiqurdur. Buna görə də o cür paylaşımlarla media nümayəndələrini təəssüfləndirməyə dəyməz. Əlbəttə, peşəkar jurnalistlər də eynilə Röyanı və onun timsalında Azərbaycan səhnəsində diqtə etməyi bacaran sənətçiləri təəssüfləndirməyərək, heysiyyatı ilə oynamamalıdır. Nədən ki, sənətində istənilən peşəkar şəxs toxunulmazdır. Belələri isə əsl hörmətə lazyiqdir!
Azər NƏSİBOV