-
- 27-06-2022, 09:54
- 326
Ceyhun Bayramov: “Azərbaycan, Türkiyə, Qazaxıstan üçtərəfli formatı regionda kommunikasiyaları yaxşılaşdıracaq”
“Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünün yeni formatı Avropa və Asiya arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edəcək”.
News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan bütün regionun inkişafında və bölgədəki ölkələr arasında əməkdaşlıqda fəal iştirak edir.
Nazir bu formatın çox səmərəli olacağına, bunun ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və regionda təhlükəsizliyin təmin olunacağına əminliyini ifadə edib.