-
- 27-06-2022, 11:28
- 371
Azərbaycan-Türkiyə-Qazaxıstan I üçtərəfli görüşdə Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək verildi
Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı səviyyəsində birgə əməkdaşlığımız müzakirə obyekti olub.
News24.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Eyni zamanda, Transxəzər Fiber-Optik Kabel xəttinin irəli aparılmasının önəmi diqqətə çatdırıldı. Azərbaycan tərəfi olaraq həmkarlarıma azad olunan ərazilər, bölgədə yaranan yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verildi. Zəngəzur dəhlizinin önəmi bu gün müzakirə mövzusu oldu və həmkarlarım tərəfindən bu layihənin reallaşmasına tam dəstək verildi”, - XİN rəhbəri vurğulayıb.