Ceyhun Bayramov: " Bu toplantının keçirilməsini, regional məsələlərə baxılmasını vacib və perspektivli hesab edirik".
    • 27-06-2022, 11:20
    • 282

Ceyhun Bayramov: " Bu toplantının keçirilməsini, regional məsələlərə baxılmasını vacib və perspektivli hesab edirik".

"Bu gün Bakı şəhərində üç qardaş ölkə olaraq xarici işlər və nəqliyyat üzrə məsul nazirlərin toplantısını önəmli hadisə kimi vurğulamaq istərdim. Ölkələr arasında faydalı və strateji əməkdaşlıq mövcuddur. Ancaq ilk dəfə olaraq belə bir toplantının keçirilməsini, regional məsələlərə baxılmasını vacib və perspektivli hesab edirik".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, müzakirələr zamanı Bakı-Tbilisi-Qarsyolunu  potensial genişlənməsi məsələsi qeyd olundu: "Avropa İttifaqı ilə layihələrdə birgə mövqeyin önəmindən danışdıq. Azərbaycan tərəfi olaraq həmkrarlarıma işğaldan azad edilən ərazilərvə bölgədə baş verən yeni reallıqlar barədə məlumat verdim. Qarabağda nəqliyyat və kommunikasiyaların inkişafı barədə məsələlərə də toxunuldu. Hesab edirik ki, Bakıda hıyata keçirilən müzakirələr, fikir mübadilələri, Bakı Bəyannaməsi çox ciddi iş birliyinin irəli aparılmasına töhfə verəcək. Müzakirələr zamanı işlrəin davam etdirilməsi qeyd edildi. Nəqliyyat sahəsi üzrə işçi qrupunun formalaşması, növbəti iclasımızın Qazaxıstanda keçirilməsi barədə razılıq əldə edildi. İclasın vaxtı barədə yaxın aylarda məlumat veriləcək".