Çavuşoğlu: " Azərbaycan ordusu 44 günlük Qarabağ müharibəsində öz gücünü bütün dünyaya göstərdi"
    • 27-06-2022, 11:26
    • 234

Çavuşoğlu: " Azərbaycan ordusu 44 günlük Qarabağ müharibəsində öz gücünü bütün dünyaya göstərdi"

"Bugünkü iclasın uğurlu bir formada yekunlaşdığını qeyd etmək istərdim. Qardaşlarım Ceyhun və Rəşad bəyə təşəkkür edirəm. Azərbaycan ordusunun Silahlı Qüvvələr gününü təbrik edirəm. Azərbaycan ordusu 44 günlük Qarabağ müharibəsində öz gücünü bütün dünyaya göstərdi".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, üç qardaş ölkə arasında hər sahədə münasibətləri inkişaf etdirmək üçün ciddi cəhdlər edilir: "Bizim əlaqələrimiz risklərlə yanaşı yeni fürsətlər də yaradır. Bu fürsətləri xalqlarımızın xeyrinə çevirməliyik. Enerji, logistika, nəqliyyat sahəsində əlaqələrimizi daha da inkişaf etdiemək istəyirik. Zəngəzur dəhlizinin tezliklə açılmasını gözləyirik. Bölgədə sülhün bərqərar edilməsi üçün bu gün Bakıda yığışdıq".