-
- 28-06-2022, 00:06
- 328
Rusiyalı aktyor teatrda dekorasiyanın çökməsi nəticəsində xəsarət alıb
Rusiyalı aktyor Dmitri Nağıyev Kalininqraddakı teatrların birində dekorasiyanın üstünə çökməsi nəticəsində xəsarət alıb.
Aktyor Kalininqrada rayon dram teatrında “Kısya” tamaşasında oynamaq üçün gəlib. Zədədən sonra D.Nağıyev tamaşaçılar qarşısında çıxışını davam etdirib. Həkimlər sənətçiyə sağ baldır nahiyəsinin əzilməsi diaqnozu qoyublar.
Teleaparıcı etiraf edib ki, üzərinə dekorasiya düşəndən yeriməsində çətinliklər yaranıb.
“Ümumiyyətlə, hər şey qaydasındadır. Mən axsayıram, amma sürünürəm”, - deyə o qeyd edib.