Tikilməkdə olan binanın çökməsi nəticəsində 4 nəfər xəsarət aldı- FOTOLAR - VİDEO - YENİLƏNDİ
    • 24-02-2022, 17:44
    • 1 780

Tikilməkdə olan binanın çökməsi nəticəsində 4 nəfər xəsarət aldı- FOTOLAR - VİDEO - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb.

FHN-in əməkdaşı Bəxtiyar Tağıyev News24.az-a açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazidə "City Garden" şirkəti tikinti aparır: "Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib.
Həmçinin bildirilib ki, hadisə zamanı 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Dağıntılar altında qalan olmayıb.

***
Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi nəticəsində xəsarət alanların sayı açıqlandı.

News24.az xəbər verir ki, ilkin olaraq 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Foto: Teymur MƏMMƏDOV