Kombaynın altında qalan fəhlə öldü
    • 28-06-2022, 10:14
    • 336

Kombaynın altında qalan fəhlə öldü

İyunun 25-də saat 03 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.