Bakıda quldurluq edən şəxslər saxlanıldı
    • 28-06-2022, 11:11
    • 272

Bakıda quldurluq edən şəxslər saxlanıldı

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini T.Səfərova zor tətbiq edərək mobil telefonunu və 30 manatını talamaqda və bıçaqla ayaq nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən əvvəllər məhkum olunan - Şamaxı rayon sakini K.Əhmədov və Ağdam rayon sakini V.Kərimov saxlanılıblar. 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.