Beyləqan sakinini bıçaqlayan şəxs SAXLANILDI
    • 5-01-2022, 12:41
    • 342

Beyləqan sakinini bıçaqlayan şəxs SAXLANILDI

Beyləqan rayon sakinini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də Beyləqan rayon sakini R.Dəmirliyə bıçaqla xəsarət yetirməkdə və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.