İsrailin Baş naziri növbəti seçkilərdə iştirak etməyəcək
    • 29-06-2022, 23:34
    • 255

İsrailin Baş naziri növbəti seçkilərdə iştirak etməyəcək

İsrailin Baş naziri Naftali Bennet partiya yoldaşlarına növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib.

Bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Naftali Bennet sağçı fraksiya üzvlərinə növbəti seçkilərdə iştirak etməyəcəyi barədə məlumat verib. O, Baş nazir əvəzedicisi olaraq qalacaq”, - məlumatda deyilir. /Qafqazinfo/