Bakı sakinini hədələyib pulunu alan şəxs saxlanıldı
    • 30-06-2022, 10:43
    • 226

Bakı sakinini hədələyib pulunu alan şəxs saxlanıldı

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə iyunun 26-da saat 2 radələrində S.S.Axundov küçəsində 3 nəfərin Bakı şəhər sakini H.Şükürovu döyüb bıçaqla hədələyərək 80 manatını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri F.Yarıyev, M.İmanov və Şirvan şəhər sakini İ.Eldar oğlu müəyyən edilərək saxlanılıblar.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.