Bakı sakinini döyüb 540 manat pulunu oğurladılar
    • 4-06-2022, 11:32
    • 244

Bakı sakinini döyüb 540 manat pulunu oğurladılar

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə iyunun 3-də Əmircan qəsəbəsinində iki nəfərin Bakı şəhər sakini V.Mehdiyevi döyərək 540 manat pulunu almaları barədə müraciət daxil olub.

News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və əvvəllər məhkum olunmuş K.Talıbov müəyyən edilərək saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.