Qadını avtobusdan itələyib yıxan sürücü SAXLANILMAYIB -DİN
    • 30-06-2022, 12:01
    • 532

Qadını avtobusdan itələyib yıxan sürücü SAXLANILMAYIB -DİN

Sumqayıt şəhərində iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı yeni məlumatlar yayılıb.

Məlumatlarda sürücü Amil Kosayevin saxlanıldığı bildirilir. Deyilənlərlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətindən News24.az-a bildirildi ki, məlumat həqiqəti əks etdirmir, sürücü saxlanılmayıb:

"Sürücünün saxlanılması üçün hələ ki, heç bir əsas yoxdur".