Kosmosda tərəvəz yetişidirildi - Qeyri-adi üsul
    • 30-06-2022, 14:43
    • 368

Kosmosda tərəvəz yetişidirildi - Qeyri-adi üsul

NASA-nın uçuş mühəndislərindən biri olan Cessika Uotkins kosmosda yetişdirdiyi turp və mizuna tərəvəzlərini yetişdirib.  

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Uotkins Beynəlxalq Kosmik Stansiyada torpaqdan istifadə etmədən bitki yetişdirməyi bacaran ilk astronavt olub.

Kosmosda yeməli bitkilərin yetişdirilməsi elm adamlarını həmişə həyəcanlandırır. Torpaq və qum kimi materiallar cazibə qüvvəsi olmayan bir mühitdə təmizləmə problemləri yarada bilər. Eksperiment sistemi ilk məhsullarını 4-6 ayda verib.

Uotkinsin bu məhsulu ulduzlararası kəşfiyyat dövrünə doğru mühüm addım ola bilər.

Məhsul “XROOTS” adlı sistemin köməyi ilə yetişdirilib. “XROOTS” eksperimenti fevral ayında başlayıb və 4-6 ay ərzində ilk məhsullarını verib. Toxumların inkişafının başlanğıcından məhsul yığımına qədər sistemdə yalnız hidroponik və aeroponik üsullardan istifadə edilib.

Hidroponika torpaqdan istifadə etmədən suda minerallarla, aeroponika isə havada və ya dumanda oxşar şəkildə bitki yetişdirmək üsuludur.
NASA rəsmiləri “Sierra Space” adlı özəl şirkət tərəfindən hazırlanan sistemin eksperimental olduğunu vurğulayıblar.

Kosmik agentliyin saytında dərc edilən açıqlamada sistemin astronavtlara müxtəlif bitki növləri üzərində hava və su əsaslı qarışıqları sınaqdan keçirməsinə imkan verən bir neçə “müstəqil otaqdan”dan ibarət olduğu bildirilib.