Çin ilk dəfə “3D” printeri kosmosda sınaqdan KEÇİRDİ
    • 13-05-2020, 00:35
    • 860

Çin ilk dəfə “3D” printeri kosmosda sınaqdan KEÇİRDİ

Çin ilk dəfə “3D” printeri kosmosda sınaqdan keçirib.

News24.az “mediacratia.ru” saytına istinadən xəbər verir ki, Çin Kosmik Texnologiyalar Akademiyası Çinin yaratdığı kosmik üçölçülü printer və onun orbitdə çap etdiyi iki nümunənin uğurla Yer kürəsinə döndüyünü bildirib.
 
Məlumata görə, bu, dünyada karbon lifi ilə möhkəmləndirilmiş davamlı polimer kompozitlərdən istifadə edilməklə "3D" orbital çapın həyata keçirildiyi ilk sınaqdır. Tədqiqatçılar kosmosdan qayıdan printerin işinin səmərəliliyi üzrə əlavə yoxlamalar aparmağa və bundan sonra yeni qurğunun xüsusiyyətlərini hərtərəfli qiymətləndirməyə hazırlaşırlar.