Bakıda universitet tələbəsi bıçaqlandı
    • 20-12-2018, 15:57
    • 1 443

Bakıda universitet tələbəsi bıçaqlandı

Bakı Avrasiya Universitetinin filologiya fakültəsinin birinci kurs tələbəsi Azər Həşimov həmin fakültənin tələbəsi tərəfindən bıçaqlanıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli açıqlamasında bildirib ki, tələbə ayaq nahiyəsindən xəsarət alıb:

“Tələbələrdən biri dərs zamanı Azəri çağırıb. Universitetdən kənarda, qəbiristanlıq tərəfdə aralarında mübahisə olub. Digər tələbə Azər Həşimovu bıçaqlayıb. O, sürünərək universitetə gəlib və təcili olaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb”.

//Oxu