Putinin evlənməklə bağlı suala cavabı gülüş doğurdu - VİDEO
    • 20-12-2018, 16:55
    • 757

Putinin evlənməklə bağlı suala cavabı gülüş doğurdu - VİDEO

Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında jurnalistin evliliklə bağlı sualına cavab verib. 

Onun cavabı zaldakı media işçilərinin gülüşünə səbəb olub. 

“Siz özünüz evlisiniz?”, - Putin jurnalistin sualına reaksiya verib. 

Jurnalistdən müsbət cavab aldıqda isə rusiyalı lider zarafatyana bildirib ki, “görürsünüz, o evlidir və istəyir ki, mən də onun kimi olum”. 

Daha sonra Putin bildirib ki, hər bir vicdanlı insan nə vaxtsa bu addımı atmalıdır. 

Vladimir Putin 30 il müddətində Lyudmila Putina ilə evli olub. 2013-cü ilin iyununda cütlük boşandıqlarını bildirib. Onların iki qızı var – Mariya və Yekaterina. 

//Oxu