Özünü yandırmaq istəyən qazi danışdı
    • 4-07-2022, 18:58
    • 333

Özünü yandırmaq istəyən qazi danışdı

Şəmkir Rayon İcra Hakimiyyəti binasının qarşısında özünə qəsd etmək istəyən Vətən müharibəsi iştirakçısı İlham Həsənov özünü öldürmək istəməsinin səbəbləri ilə bağlı danışıb.

 News24.az xəbər verir ki, qazinin sözlərinə görə,onun əsas istəyi müalicəsinin davam etdirilməsi və əlillik dərəcəsinin təyin olunmasıdır "Bakıda,Gəncədə, Qazaxda, Şəmkirdə yatdım.Yəni çox xəstəxanada müalicə almışam.İndidə Müalicəyə ehtiyacım var.Əsas istəyim odur ki, sağlamlığım bərpa olunsun və əlilliyim təyin edilsi. Papanindən və digər xəstəxanalardan mənim vəziyyətimlə bağlı nazirliyə sənədlər göndərmişəm. Bu gün özümdən aslı olmadı və bunu elədim. Başımda qıcıqlanma olduğu üçün psixi təsir altında bunu elədim. Özünüz də görürsüz, mən normal danışa bilmirəm. Getdim İcra başçısının yanına ki, "Yaşat" Fonduna müraciət etməyimdə kömək etsinlər. Dedilər yoxdur burada. Dedilər Sabah gəl. Soruşdum bəs müavin və ya əvəz edən adam yoxdur, sözümü deyim? Cavab verdilər ki, bizim əlimizdən heç nə gəlmir. Mən də özümdən asılı olmadan pis oldum və benzin töküb özümü yandırmaq istədim" - İ.Həsənov bildirib.

Məlumat üçün qeyd edək ki, İlham Həsənov aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində könüllü olaraq orduya yazılıb. Fizuli, Daşaltı və Şuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin atdığı tank mərmisi İlham Həsənovun yaxınlığında partlayıb və bunun nəticəsində o, ağır yaralanıb. Hazırda danışmaqda çətinlik çəkir.