Azərbaycanda icra başçısının keçmiş müavini İNTİHAR ETDİ
    • 15-08-2019, 17:19
    • 1 033

Azərbaycanda icra başçısının keçmiş müavini İNTİHAR ETDİ

Qubada intihar hadisəsi baş verib.

Rayon sakini, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.  

Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub. /APA/