Xalq artistinin oğlu mağazadan oğurluq edib? -  VİDEO - YENİLƏNDİ
    • 4-07-2022, 16:20
    • 389

Xalq artistinin oğlu mağazadan oğurluq edib? - VİDEO - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun Bakıda mağazaların birindən eynək oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, mağaza sahibi baş verən oğurluq barədə polisə müraciət etməyib:

“Videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra obyektin sahibi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilib. Onun izahatı alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”. 

14:08

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanın mağazadan oğurluq etdiyi anın video görüntüləri yayılıb.


News24.az
xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İddiaya görə, o, mağazadan 150 manat dəyərində eynək oğurlayıb.

Həmin görüntüləri təqdim edirik: