Dövlət Xidməti sənəd saxtalaşdıranlarla bağlı Baş Prokurorluğa MÜRACİƏT ETDİ
    • 5-07-2022, 16:33
    • 778

Dövlət Xidməti sənəd saxtalaşdıranlarla bağlı Baş Prokurorluğa MÜRACİƏT ETDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

News24.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.

Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022”, “Business Connection” və “Furniture Art” MMC-lərə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.