-
- 5-07-2022, 20:00
- 428
Makron İranla nüvə sazişini bərpa edəcəyinə söz verib
Fransa Prezidenti Emmanuel Makron İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinin icrasına qayıtmağı zəruri hesab edir.
Makron bu barədə İsrailin Baş naziri Yair Lapid ilə danışıqlardan əvvəl keçirdiyi mətbuat konfransında bildirib.
“Bir daha qeyd etmək istərdim ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqların mümkün qədər tez başa çatdırılmasına nail olmaq istəyimiz var. Bu sazişi qorumalıyıq, tərəfdaşlarımızın təhlükəsizlik maraqlarını nəzərə almalıyıq", - Makron əlavə edib.
2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.
2018-ci ilin mayında ABŞ İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.
Hazırda İrana qarşı sanksiyaların ləğvi üçün Vyanada danışıqlar davam edir. /Report/