Bakı sakinlərində metamfetamin və heroin aşkar olundu
    • 6-07-2022, 11:33
    • 238

Bakı sakinlərində metamfetamin və heroin aşkar olundu

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Ə.Allahverdizadə və əvvəllər məhkum olunmuş F.İsmayılov saxlanılıblar.

Şəxsi axtarış zamanı Ə.Allahverdizadədən metamfetamin, F.İsmayılovdan isə heroin aşkar olunub. 

News24.az xəbər verir ki, polis əməkdaşları tərəfindən onların Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birindən 3500 manat dəyərində inşaat materialları oğurlamaları da müəyyən olunub. 

Araşdırma aparılır.