Zelenskinin qolundakı emblemin mənası açıqlandı
    • 6-07-2022, 12:15
    • 430

Zelenskinin qolundakı emblemin mənası açıqlandı

Zelenskinin köynəyinin qolundakı emblemin mənası açıqlanıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Avstraliyanın baş naziri Entoni Albaniz ilə görüşündə artıq simvolikləşmiş xaki rəngli köynəyi ilə kameralara tuş gəlib. Zelenskinin köynəyinin qolundakı emblem rezonans doğurub. 

Emblem Avstraliyanın Ukraniyaya verdiyi dəstəyi simvolizə edir. Emblemdə Ukraniya bayrağı və Avstraliyanın rəmzi olan kenquru şəkli təsvir olunub. Həmçinin emblemdə “Ukraniya ilə birlikdə” yazısı yer alıb.

Avstraliya 100 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynaya əlavə 34 zirehli maşın verəcək və Rusiyadan qızıl idxalını dayandıracaq.