Boris Conson türkdür?
    • 7-07-2022, 17:15
    • 591

Boris Conson türkdür?

Böyük Britaniyada ardıcıl olaraq olaraq nazir istefalarından sonra baş nazir Boris Conson da bu gün istefa verib. Dünyada ən çox müzakirəsi gedən mövzulardan biri də Böyük Britaniyanın sabiq baş nazirinin əslən haradan olmasıdır. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 1964-cü il iyunun 19-da ABŞ-də dünyaya gələn Boris Conson Oksford universitetinin məzunudur.

B.Consonun əsl adı Aleksandr Boris de Pfeffel-Consondur.

O, kariyerasına “The Times” qəzetində başlayıb, daha sonra isə “The Daily Telegraph” qəzetində redaktor köməkçisi kimi çalışıb. Kariyerasını “The Spectator”-da davam etdirib. 2008-ci ildə Londonun bələdiyyə sədri, 2016-cı ildə daxili işlər naziri, 2019-cu ildə isə Böyük Britaniyanın baş naziri seçilib. 


Boris Consonun ulu babası Ali Kemal jurnalist olub və bir müddət Osmanlı imperiyasının daxili işlər naziri kimi fəaliyyət göstərib. Ali Kemalın nəvəsi Stenli Conson isə Borisin atasıdır. Consonun ailəsinin kökü Çankırının Kalfat kəndinə gedib çıxır. 

Əsl adı Ali Rza olan A.Kemalın 1867-ci ildə İstanbulda anadan olduğu deyilir. Yayılan məlumatlara görə, Borisin ata babası Osman Ali Britaniyaya köçəndən sonra adını dəyişib.

Vüsalə Babaşova