Boris Conson yenidən özünü təcrid edib
    • 16-11-2020, 08:34
    • 579

Boris Conson yenidən özünü təcrid edib

Böyük Britaniyanın Baş naziri Boris Conson yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.

News24.az “Daily Mail”ə istinadən xəbər verir ki, buna səbəb B.Consonun koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olmasıdır.

Qeyd edək ki,Boris Conson noyabrın 12-də millət vəkilləri ilə görüşüb. Sonradan məlum olub ki, deputat Li Andersona koronavirus diaqnozu qoyulub.