Günay İbrahimli "İstəmirəm səni" -  VİDEO
    • 21-12-2018, 13:26
    • 1 440

Günay İbrahimli "İstəmirəm səni" - VİDEO

Müğənni Günay İbrahimli bir neçə aylıq fasilədən sonra yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, o, söz və musiqisi Elvin Muxtara məxsus “İstəmirəm səni” adlı yeni işini dincləyicilərin ixtiyarına verib.

Günay yaradıcılığına bir neçə ay fasilə verməsinə də aydınlıq gətirib:  

“Neçə aydır ki, mahnı təqdim etmirəm. Sükutda olmağımın səbəbləri var və ən əsası gözəl işlər görmüşəm. Beş mahnım hazırdır, onlar arasında seçim edirdim ki, birinci hansını təqdim edim. Buna görə də, bir qədər fasilə yarandı. Düşündüm ki, qış gəlsin, havalar soyusun və öz və dincləyicilərin ruhuna yaxın mahnını təqdim edim.

“İstəmirəm səni” üzərində dayandım. Əvvəlcə kiçik bir hissəni instaqram səhifəmdə paylaşdım, gözlədiyimdən də artıq müsbət reaksiya gördüm. Bir neçə dəqiqəlik paylaşıma baxmayaraq çox sevildi, sosial şəbəkələrdə paylaşıldı, gözəl fikirlər yazıldı.

Mahnı ayrılıqdan, həsrətdən bəhs edir. Təəssüflər olsun ki, sevgilər daim olmur, anidən ortaya çıxan bir problemlə sona çatır. İfamda tüğyan, etiraz var. Mahnıda da olduğu kimi bəzən elə sözlər var ki, dildə deyilir, ürəkdən gəlmir. Qısası, indi isə həmin mahnını sizə təqdim edirəm. İnanıram ki, bu, hər zaman sizin dinləyəcəyiniz bir bəstəyə çeviriləcək”.

//News24.az