-
- 9-07-2022, 02:07
- 437
Qiymətləri ucuz, xidmətləri isə aşağı olan turlar...
Yay fəslində istirahət mövsümünün açılması ilə ucuz qiymət vəd edib, keyfiyyətsiz xidmət göstərən turların sayı da artır.
Məsələ ilə bağlı Xəzər TV maraqlı sujet yayımlayıb. Ucuz turların xidmətlərindən narazı olan respondentlər bununla işbazların müştəri məmnuniyyətlərini düşünmədiklərini bildiriblər: ''Qiymətləri ucuz, təqdim etdikləri xidmətlər isə keyfiyyətsizdir. Xidmətlər daha aşağı qiymətə təklif edilir ki, təşkilatçıya müəyyən qədər vəsait qalsın”.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyir ki, daxili turlar təşkil edən şirkətlərinin bəzilərinin ofisi belə yoxdur: “Bununla da müştərilərin həyatını riskə atıb xoşagəlməz hadisələrə səbəb olurlar”.
Ekspertin sözlərinə görə, belə şirkətlər keyfiyyətə önəm vermirlər. İstər istirahət məqsədilə seçilən məkanlar, istərsə də, səfər zamanı təqdim edilən nəqliyyat vasitələrinin yaxşı işləməsi ikinci planda qalır. Ceyhun Aşurov onu da əlavə edib ki, belə vəziyyətlə qarşılaşmaq istəməyən vətəndaşlar əvvəlcədən turizm şirkətlərini araşdırmalıdırlar. Sosial mediada şirkət barədə yazılan rəylərə nəzər yetirilməlidir: ''Yüksək qiymətə turpaket təklif edən şirkətlər sığorta məsələlərinə ciddi diqqət edirlər. Onlar qidaların, avtobusların seçimində daha tələbkar olurlar''.