Bakıda köməksiz qalan azyaşlılar xilas edildi
    • 9-07-2022, 17:48
    • 390

Bakıda köməksiz qalan azyaşlılar xilas edildi

Bakının Nəsimi rayonunda 3 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.