Sabunçu qəsəbəsində qəza: bir nəfər öldü
    • 11-07-2022, 10:38
    • 241

Sabunçu qəsəbəsində qəza: bir nəfər öldü

İyulun 9-da saat 7 radələrində Sabunçu qəsəbəsi ərazisində qəza baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhər sakini M.Həşimov idarə etdiyi “Volkswagen” markalı avtomobillə paytaxt sakini İsmət Hümbətovanı vurub. Hadisə zamanı xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, piyada orada ölüb.

Faktla bağlı  Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.