Sui-qəsd nəticəsində öldürülən Şinzo Abe dəfn edildi
    • 12-07-2022, 13:42
    • 238

Sui-qəsd nəticəsində öldürülən Şinzo Abe dəfn edildi

Ötən həftə sui-qəsd nəticəsində öldürülən Yaponyanın sabiq baş naziri Şinzo Abe bu gün dəfn edilib.

41 yaşlı Tetsuya Yamaqami tərəfindən vurulan və aparıldığı xəstəxanada dünyasını dəyişən Abenin dəfn mərasimi keçirilib.

Minlərlə insan 67 yaşında dünyasını dəyişən Abeni yad etmək üçün avtomobilin yol kənarından keçməsini izləyib.

Abenin ailəsi və yaxın dostları dəfn mərasimində iştirak etsə də, media mənsubları mərasimə daxil edilməyib. Cənazə maşını paytaxt Tokioda gəzərkən Nagataxo və parlament binası kimi strukturların yanından keçib.

Minlərlə adam Abeni ziyarət etməyə gəlib, uzun növbələr yaranıb.

Abenin bəzi tərəfdarları məşhur siyasətçinin partiyası olan Liberal Demokrat Partiyasının qərargahı qarşısında gözləyib. Dünyanın bir çox ölkəsinin liderləri və dövlət xadimləri də başsağlığı verib. /Teleqraf.com/