"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi
    • 17-06-2022, 14:10
    • 342

"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi

"Qarabağ"ın Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

News24.az xəbər verir ki, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.