-
- 13-07-2022, 22:04
- 328
Benzinin ƏN BAHA və ƏN UCUZ qiymətə satıldığı ölkələr
Benzinin ən baha və ən ucuz qiymətə satıldığı ölkələrin adları açıqlanıb.
Bununla bağlı “Picodi” portalı araşdırma aparıb.
Araşdırmanın nəticələrinə görə, 2022-ci ilin birinci yarısında Türkiyə 100 faizlik qiymət artımına görə liderdir.
Siyahıda sonrakı yerlərdə Ukrayna (63,3+ faiz) və Moldova (53+ faiz) gəlir.
ABŞ altıncı yerdə qərarlaşıb – bu ölkədə yanacağın maya dəyəri 40,5 faiz artıb. Çində isə artım 28,3 faizə çatıb.
Rusiyaya gəldikdə isə, burada yanacağın qiymətinin bahalaşması inflyasiyadan xeyli aşağı olub - 0,3 faiz.
Səudiyyə Ərəbistanında qiymətlər dəyişməz qalıb.
Qazaxıstan qiymətlərin 0,7 faiz ucuzlaşdığı yeganə ölkə seçilib.
Nəticə etibarı ilə Rusiya Avropada benzinin ən ucuz satıldığı ölkə olaraq qalır, dollarla ifadədə litri 0,89 dollara bərabərdir. Bununla belə, əmək haqqı nəzərə alındıqda, yanacaq ruslar üçün avropalılara və ya Fars körfəzi ölkələrinin sakinlərinə nisbətən qat-qat bahadır.
Ayda 52 288 rubl gəliri olan (vergi tutulmasından sonra) orta rusiyalı 1011 litr benzin ala bilər. İsveçrə, Lüksemburq və Danimarkada isə bu rəqəm müvafiq olaraq 2455, 1942 və 1502 litr təşkil edir.
Qətərdə vətəndaş ayda 5968 litr, Küveytdə 5578 litr, Səudiyyə Ərəbistanında 4372 litr benzin ala bilər. Ən pis vəziyyət Kubadadır. Azadlıq adasının sakininin ayda cəmi 27 litr benzin əldə etmək imkanı var.
Ən aşağı benzin qiymətləri Əlcəzairdə (1 litr üçün 31 sent), Küveytdə (34 sent) və İrandadır (35 sent). Ən bahalı yanacaq isə Honq-Konqda müşahidə edilir – 1 litri 3 dollar.
Qeyd edək ki, Azərbaycanda bu il iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satış qiyməti 1.60 AZN-dən 2,00 AZN, "Aİ-98” markalı benzin isə 2,30 AZN olub. /Lent.az/