Bu il bu qədər uşağa Polad adı verilib
    • 14-07-2022, 10:48
    • 289

Bu il bu qədər uşağa Polad adı verilib

Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

News24.az xəbər verir ki, cari ilin əvvəlindən bu günə qədər 105 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib. 

Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.