-
- 15-07-2022, 11:07
- 576
Müharibə vaxtı cəbhəyə yardım aparan şəxs gətirdiyi süngü ilə cinayət törətdi
Bakıda xuliqanlıq əməli törətmiş 2 gənc tutulub.
News24.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Sənan Qurbanov (soyadlar şərtidir) və 1991-ci ildə anadan olmuş Səxavət Abbasov “Araz” supermarketində gördükləri tanışları Turan adlı şəxsi süngü-bıçaqla vuraraq xəsarətlər yetiriblər.
Araşdırma zamanı məlum olub ki, hadisə keçən ilin avqustunda gecə saat 00:30 radələrində baş verib. Sənan və Səxavət Turanı supermarketdə görərək onun qolundan tutub küçəyə çıxarıblar və yaxınlıqdakı parka aparıblar. Onlar Turana narkotik vasitə satdığını irad bildirərək döyməyə başlayıblar. Bu zaman Sənan maşınındakı süngü-bıçağı götürərək Turana xəsarətlər yetirib.
Faktla bağlı Sənan barəsində Cinayət Məcəlləsinin 127, 221 və 228-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə, Səxavət barəsində isə 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılıb.
Təqsirləndirilən şəxs qismində çıxış edən Sənan Qurbanov deyib ki, süngü-bıçağı tanımadığı bir hərbçi ona hədiyyə edib: “Biz Vətən Müharibəsi zamanı cəbhəyə sovqat aparırdıq. Həmin vaxt Füzuliyə sovqat aparanda tanımadığım hərbçi avtomat silahının bir hissəsi olan süngü-bıçağı mənə hədiyyə etdi. Hadisəyə gəlincə, Turan bizim məhəllədə narkotik satışı ilə məşğul olub, amma hadisə vaxtı onu bıçaqla vurmamışıq, həmin bıçaq maşında olub”.
Səxavət də bildirib ki, Turan yaşadıqları ərazidə yaşayır və mütəmadi narkotik vasitə qəbul edir: “Turan və bir neçə nəfər binanın girişində, həyətdəki söhbətgahda daim narkotik qəbul edirlər, şprisləri orada tez-tez görüb ona irad bildirmişdik. Hadisə vaxtı isə Sənan və digər 2 dostumuzla oturub pivə içmişdik. Sonra marketdə Turanı görüb onunla dalaşdıq, lakin bıçaqdan istifadə edilməyib”.
O da məlum olub ki, bu hadisədən bir müddət sonra Turan narkotik satışına görə həbs edilib.
Baş vermiş hadisəyə gəlincə, Nizami rayon Məhkəməsinin hökmü ilə narkotik alverçisini döyüb-bıçaqlayan şəxslərdən Sənana 3 il, Səxavətə isə 2 il 6 ay müdətinə həbs cəzası verilib.