-
- 31-05-2022, 14:45
- 509
Bakıda 55 yaşlı kişi bacısı və bacısı oğlunu doğradı
Bakıda bacısını və onun oğlunu bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, paytaxt sakini, 1967-ci il təvəllüdlü Elşən Məmmədov barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə açılmış işə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, 55 yaşlı Elşən hadisənin baş verdiyi – 17 dekabr 2021-ci il tarixində yaşadığı evdən bıçaq götürərək Buzovnada yaşadığı binanın həyətinə düşüb. O, əvvəlcə bərbərxanaya gedərək saçını kəsdirib. Daha sonra 250 qramlıq araq alaraq parkda içib. Daha sonra evə qayıdan Elşən qapının bağlı olduğunu görüb və yenidən həyətə düşüb və bu zaman bacısı ilə qarşılaşıb. Bacısı Məlahət (ad şərtidir) qardaşının sərxoş olduğunu və üzərində bıçaq gəzdirdiyini görərək narahat olub və ona irad bildirib. bu zaman Elşən bıçağı götürərək Məlahətə hücum edib və ona xəsarətlər yetirib. Anasının dayısı tərəfindən bıçaqlandğını görən Rüfət müdaxilə etməyə çalışsa da, Elşən bacısı oğluna da kəsici alətlə zərbələr endirib.
Ana və oğlu daha sonra yaxınlıqdakı 26 saylı Poliklinikaya aparılıb və onların yaralarına tikiş qoyulub.
Xəzər rayon mhkəməsi bacısı və bacısı oğluna xəsarətlər yetirmiş şəxsin 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib. Ibtidai istintaq və məhkəmə prosesi dövründə azadlıqda qalan şxs məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.