BAKIDA ŞOK HADİSƏ: Marketdə işləyən universitet tələbəsi bıçaqlandı - TƏFƏRRÜAT
    • 28-05-2022, 10:33
    • 422

BAKIDA ŞOK HADİSƏ: Marketdə işləyən universitet tələbəsi bıçaqlandı - TƏFƏRRÜAT

Bakıda gecə saat 2 radələrində iş yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirmiş şəxs həbs edilib.

News24.az-ın məlumatına görə, hadisə bu il yanvarın 12-də gecə saatlarında Bayıl qəsəbəsində baş verib. Belə ki, Bayıldakı “Yeni şəhər” marketində satıcı-kassir işləyən Laçın rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Quluzadə onunla eyni vəzifdə işləyən Sənan Məmmədovun onunla zarafat etməsindən əsəbləşib. Bundan əvvəl də onların arasında zarafata görə mübahisə yarandığı üçün Röyal universitetlərdən birinin tələbəsi olan Sənanı cəzalandırmaq qərarına gəlib. O, iş yoldaşını Bayıldakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında gözləyib. Gecə saat 2 radələrində küçədə görüşən gənclər məsələni müzakirə edərkən Röyal özü ilə gətirdiyi bıçaqla Sənana çoxsaylı zərbələr endirib.

Döş qəfəsindən və əlindən xəsarətlər alan Sənan əvvəlcə ağır vəziyyətdə yaşadığı evə gedib. Daha sonra isə o, xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Faktla bağlı Röyal Quluzadə barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb. İşin materialları Səbail rayon Məhkəməsinə göndərilib. Sənan məhkəmədə bildirib ki, dava-dalaş Röyal onu söydüyü üçün baş verib və o, əli ilə bıçağı tutaraq Röyalın onu öldürməsinə mane olmağa çalışıb.

Məhkəmə iş yoldaşı olan tələbəni bıçaqlayan 27 yaşlı Röyalın həbs edilməsinə qərar verib. Ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.