Koronavirusa qarşı daha bir vaksinə icazə verildi
    • 15-07-2022, 12:35
    • 490

Koronavirusa qarşı daha bir vaksinə icazə verildi

ABŞ COVID-19-a qarşı 4-cü vaksinə - “Novavax”-ın istifadəsinə icazə verib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, vaksin 18 yaşdan yuxarı şəxslərə vurulacaq. Vaksinin sınaq periodu delta və omikron variantlarının ortaya çıxmasından əvvəl aparılıb. 

Vaksinin ən çox bilinən yan təsirlərinə inyeksiya yerində ağrı, həssaslıq, qızartı və şişkinlik, yorğunluq, əzələ ağrısı, baş ağrısı, oynaq ağrısı, ürəkbulanma, qusma və qızdırma daxildir. 

Vüsalə Babaşova