-
- 15-07-2022, 17:53
- 425
Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu
Tanınmış iş adamı Mirəkbər Şükürovun ölkədən çıxışına qadağa qoyulub.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.
İş adamı vergi borcunu ödəmədiyi üçün Dövlət Vergi Xidməti tərəfindən onun barəsində məhkəmədə iddia qaldırılıb. Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.
M.Şükürov sahibi olduğu "Masera" MMC-nin 30 min manatdan çox vergi borcunu ödəmədiyi üçün Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.
Qeyd edək ki, "Masera" şirkəti Azərbaycanda 2012-ci ildən fəaliyyət göstərir və ölkənin ən böyük soyuducu anbar və istixana kompleksi kimi tanınır.
Şirkətin Masallıda 1,2 min tonluq soyuducu anbar və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi var.