Salyanda yol qəzası: xəsarət alanlar var
    • 22-03-2022, 16:51
    • 1 745

Salyanda yol qəzası: xəsarət alanlar var

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Salyan şəhərinin Bayraq meydanının yaxıınlığında qeydə alınıb.

Hadisə zamanı iki minik avtomobili toqquşub.

Nəticədə hər iki avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı aradırma aparılır. /Report/