Bakıda oğlan qızın şəkillərindən istifadə edərək pul tələb edib
    • 18-07-2022, 10:58
    • 313

Bakıda oğlan qızın şəkillərindən istifadə edərək pul tələb edib

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.