-
- 18-07-2022, 16:22
- 9 969
"Qardaşımın balası həkim səhlənkarlığının qurbanıdır" - İTTİHAM - FOTO
Faciəli şəkildə vəfat edən şəhid övladının ölümünün təfərrüatları məlum olub.
News24.az Hüseyn Cəfərlinin dəfnində iştirak edib. Dəfndə hadisənin təfərrüatları barədə azyaşlının əmisi Vüqar Cəfərli bildirib ki, Hüseyn həkim səhlənkarlığının qurbanı olub: "Uşaqlar Daşkəsəndə əmimgildə idilər. Hüseyn orda konfeti yeyib, kağızı boğazına gedib. Onu təcili Daşkəsəndə xəstəxanaya çatdırıblar. Orda həkimlər müdaxilə edə bilməyib. Deyiblər ki, təcili Gəncəyə aparın. Əmimgil də uşağı Gəncə 2 saylı şəhər xəstəxanasına çatdırıblar. Uşaq xəstəxanaya girəndə sağlam vəziyyətdə olub. Nə huşsuz olub, nə də keçinmiş vəziyyətdə olub. Əmimin əlindən tutub yeriyərək xəstəxanaya girib. Orda uşaq qaytarmaq istəyib. Onda da kağız uşağın nəfəs borusuna yapışıb. Sonra da başlayıb can verməyə. Hüseynin vəziyyəti ağırlaşanda həkimlər heç bir müdaxilə etməyib. Daha doğrusu, müdaxilə edəcək bir dənə bacarıqlı həkim tapılmayıb. Balamızın torpağın altında olması birbaşa yarıtmaz həkimlərin səhlənkarlığıdır".
Xatırladaq ki, 2017-ci il təvəllüdlü, Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladı olan Hüseyn Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.
Qumral ƏLİYEVA
FOTO: Nicat NİFTƏLİYEV