Bakıda 25 nəfəri gün vurub
    • 18-07-2022, 15:47
    • 381

Bakıda 25 nəfəri gün vurub

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.

Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.

Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub.