Atatürkün sirli ölümü: xəstəlik, yoxsa sui-qəsd?
    • 18-07-2022, 18:24
    • 298

Atatürkün sirli ölümü: xəstəlik, yoxsa sui-qəsd?

Atatürk avstraliyalı həkim Hans Eppinger tərəfindən sui-qəsdə məruz qaldığı iddia olunub.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalit, yazıçı Yaşar Gürsoy bu haqda öz kitabında yazıb. Y.Gürsoy Atatürkün sirrozdan deyil, nazi düşərgələrində vəhşi araşdırmalar edən avstraliyalı həkim Hans Eppinger tərəfindən sui-qəsdlə öldürüldüyünü  iddia edir.

Eppinger Türkiyəyə Atatürkü müalicə etmək üçün dəvət olunub. Eppingerin Atatürkə davamlı olaraq tərkibində civə olan iynələr vurduğunu göstərən yeni arxiv sənədləri də kitabda yer alıb.
Eppingerin Atatürkün otağına tez-tez qeyri-rəsmi girdiyi də məlum olub. Kitabda o da bildirilib ki, sirrozdan əziyyət çəkən Rumıniya kraliçasının ölümündə də Eppinger şübhəli bilinib. 

Hans Eppinger 1946-cı ildə hərbi cinayətkar kimi mühakimə ediləcəyini biləndə intihar edib.

Vüsalə Baba
şova