-
- 18-07-2022, 21:34
- 737
"Avroviziya"ya getmək istəyən Cavanşir Məmmədov danışdı
Əməkdar artist Cavanşir Məmmədovun "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə getmək istəyi sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Cavanşir Məmmədov açıqlamasında deyib ki, ona bu istiqamətdə sual ünvanlandığı üçün istəyini açıqlayıb.
"Sual verildi, mən isə istəyimi dilə gətirib, cavablandırdım, - deyə bildirib.
Əməkdar artist "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində hansı mahnı ilə çıxış etmək istərdiniz" sualını isə belə cavablandırıb:
"Hansı mahnı lazım olsa, o zaman üzə çıxacaq. İndi o haqda danışmağa dəyməz".
Qeyd edək ki, Cavanşir Məmmədov "Elgizlə izlə" verilişində aparıcının "Siz də getmək istəyərdiniz" sualına müsbət reaksiya göstərib: ""Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Deyəcəklər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli...".
/Teleqraf.com/